
Bakı şəhər DYPİ-nin əməkdaşı olan və polis kapitanı rütbəsi daşıyan Məmmədli xidməti avtomobili ilə görüntülənib. 10 YP 307 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan olimpiya çempionu gecə yarısı avtomobilin arxa yan şüşələrinə pərdə vuran sürücünü saxlayıb. Zərifə Əliyeva küçəsində – "Hilton" otelinin qarşısında "Range Rover" markalı, 90 DS 909 dövlət nömrə nişanlı avtomobili saxlayan Məmmədlinin iştirakı ilə həmin sürücüyə inzibati protokol tərtib olunub. Avtomobildəki pərdələr isə yığışdırılıb.




