Mövsümün ikinci yarısında gəncləşdirmə siyasətinə əl atan "Xəzər Lənkəran" klubu daha bir yeniliklə diqqət mərkəzinə düşüb. Sportnet.az-ın məlumatına görə, "ağ-yaşıllar"ın son məşqinə komandanın 16 yaşlı yetirmələri də qatılıblar.
Bunlar İbrahim Qədirzadə ilə Yusif Həsənovdur. Hər iki oyunçu ilk dəfə əsas heyətlə məşqə çıxıblar.
Qeyd edək ki, "Xəzər Lənkəran" Azərbaycan Premyer Liqasında növbəti görüşünü aprelin 25-də "Qəbələ"yə qarşı keçirəcək.