Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının məşəli bu gün Gəncədə alovlandırılıb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, məşəl yürüşünə saat 20:00-də Gəncə şəhərinin baş meydanından start verilib.
Estafeti olimpiya çempionu Toğrul Əsgərov qəbul edib. Məşəlçilər 4 km məsafə qət edərək Heydər Əliyev Mərkəzinədək yürüş ediblər. Yol boyu onları rayon ictimaiyyətinin nümayəndələri böyük coşqu ilə qarşılayıb.
Məşəli əməkdar məşqçi Elçin Zeynalov alovlandırıb. Eləcə də yandırılan simvolik çıraq oyunlar yekunlaşanadək şəhərdə saxlanılacaq.
Hazırda Gəncədəki Heydər Əliyev park-kompleksində yerləşən amfiteatrda alov festivalı keçirilir.