“Baltik bombardmançısı” kimi tanınan litvalı boksçu Gennadi Kraevski 37 yaşında vəfat edib.
Sportnet.az xəbər verir ki, o, səkkiz illik peşəkar karyerası ərzində keçirdiyi 76 döyüşdən 75-də məğlub olub.
Kraevskinin ən səs-küylü döyüşü 2020-ci ilin noyabrında Tayson Fyurinin kiçik qardaşı Tommi Fyuriyə qarşı olub və iki raundda nokautla uduzub. O, yeganə qələbəsini bu ilin fevralında Rayan Brotenlə döyüşdə qazanıb.
Qeyd edək ki, Britaniyada yaşayan Kraevski sonuncu dəfə rinqə 2024-cü ilin avqustunda çıxmışdı.