Ötən gecə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda boks gecəsi keçirilib.
Sportnet.az xəbər verir ki, maraqla gözlənilən döyüşlərən biri Aleksandr Usiklə Tayson Fyuri arasında olub.
WBC, IBO, WBO, WBA (Super) və The Ring versiyaları üzrə dünya çempionu titulu uğrunda 12 raund davam edən döyüş ukraynalı Usikin qələbəsi ilə yekunlaşıb - 116:112.
Qeyd edək ki, boksçular arasında mayın 18-də Ər-Riyadda keçirilən görüşdə T.Fyurini məğlub edən A.Usik mütləq dünya çempionu olub.