Xorvatiya paytaxtında güləş üzrə "Zaqreb Open" adlı ilin ilk reytinq turnirinin birinci yarış günündə Azərbaycan milli komandası 5 medal qazanıb.
Sportnet.az xəbər verir ki, yığma üzvlərindən ən yüksək nəticəni 70 kq çəki dərəcəsində Kənan Heybətov göstərib. Heybətov finalda İran yığmasının üzvü Sina Xaliliyə texniki üstünlüklə (12:1) qalib gələrək, qızıl medala sahib olub.
Digər finalçılara gəldikdə, 57 kq çəkidə İslam Bazarqanov ABŞ təmsilçisi Spenser Liyə 2:6, 86 kq çəkidə Arseniy Cioyev daha bir amerikalı Zahid Valensiyaya 0:8 hesabı ilə uduzub və gümüş medal əldə edib.
61 kq çəkidə Nürəddin Novruzov üçüncü yer uğrunda görüşdə iranlı Reza Momenizadəni 8:4, 65 kq-da isə Əli Rəhimzadə gürcüstanlı Qoqa Otinaşvilini 6:0 hesabı ilə yenib. Hər iki qalib pəhləvan bürünc medala yiyələnib.
Fevralın 6-da Azərbaycanın digər təmsilçilərindən Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) xalçaya çıxacaq.