
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda peşəkar boks gecəsi baş tutub.
Sportnet.az xəbər verir ki, gecənin əsas döyüşü orta ağır çəkidə mütləq dünya çempionu Artur Beterbiyevlə bu divizion üzrə keçmiş dünya çempionu Dmitri Bivol arasında revanş görüşü olub. Qarşılaşma Bivolun səs çoxluğu ilə qalib gəlməsi ilə başa çatıb.
Bununla da, Dmitri Bivol orta ağır çəkidə dünya çempionu adını qazandı.