
Qadınlar və gənc qızlardan ibarət Azərbaycan milli yığma komandalarının 12 üzvü Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, hazırlıq prosesi martın 26-dək davam edəcək.
Təlim-məşq 5-6 apreldə Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək böyüklər arasında Avropa Kubokuna, 12-13 apreldə İtaliyanın Linyano şəhərində baş tutacaq gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.