
Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin İstanbul keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, toplanış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutub.
Hazırlıq prosesində cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı 31 may-1 iyunda Avstriyanın Qrats şəhərində və 21-22 iyunda Almaniyanın paytaxtı Berlində keçiriləcək gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.