
Qazaxıstanın paytaxtı Astanada start götürəcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, püşk nəticəsində Azərbaycanın 3 qadın cüdoçusunun da rəqibləri müəyyənləşib.
Qadınlar
48 kq
1/16 final. Könül Əliyeva - Kyonxa Li (Cənubi Koreya)
52 kq
1/16 final. Gültac Məmmədəliyeva - Lea Beres (Fransa)
57 kq
1/16 final. Fidan Əlizadə - Medine Orazniyazova (Türkmənistan)
Qeyd edək ki, Böyük Dəbilqə mayın 9-da Bakı vaxtı ilə saat 09:00-da start götürəcək. Medal görüşləri isə hər gün saat 16:00-da başlanacaq.