
UFC döyüşçüsü Keci Horiquçi Bakıda keçiriləcək turnirdə rusiyalı Taqir Ulanbekova qarşı görüşdən imtina edib.
Sportnet.az xəbər verir ki, yaponiyalı idmançını Bakı Kristan Zalında təşkil olunacaq döyüşdə qazaxıstanlı Azat Maksum əvəzləyəcək.
Tagir Ulanbekov MMA üzrə 19 döyüş keçirib və onun 17-də qalib gəlib. Azat Maksum 18 görüşdə 17 qələbə qazanıb.
Qeyd edək ki, UFC-nin Bakıdakı turniri iyunun 21-də baş tutacaq.