
Rusiyanın Belebey şəhərində məktəbli boksçular arasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş beynəlxalq turnir keçirilib.
Sportnet.az xəbər verir ki, yarışda Azərbaycan millisi də mübarizə aparıb.
Yığma komanda turniri 8 qızıl medalla başa vurub.
Millinin heyətində Onur Qurbanov (38 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq) və Yusif Ağakişiyev (80 kq) qalib adına yiyələnib.