
ABŞ-nin Nyuark şəhərində UFC-316 turniri keçirilib.
Sportnet.az xəbər verir ki, gecənin əsas döyüşündə ağır çəki dərəcəsində çempion Merab Dvalişvili keçmiş titul sahibi Şon O'Melli ilə revanş qarşılaşmasında üz-üzə gəlib.
Mübarizə “Şimal-Cənub” təslimatı ilə üçüncü raundda Dvalişvilinin qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, onların ilk döyüşü 2024-cü ilin sentyabrında baş tutub. Həmin vaxt Gürcüstandan olan döyüşçü yekdil qərarla qələbə qazanıb.
Dvalişvili üçün bu, karyerasının 20-ci qələbəsidir. O'Melli 21 döyüşdə 3-cü dəfə uduzub.
Qeyd edək ki, iyunun 21-də Bakıda UFC turniri təşkil olunacaq.