
Amerikalı keçmiş UFC döyüşçüsü Ben Askren vəfat edib.
Sportnet.az xəbər verir ki, bu barədə braziliyalı orta çəki döyüşçüsü Kayo Boralyo "X" sosial şəbəkə hesabında paylaşım edib.
Ötən həftə Askren ağır sətəlcəm diaqnozu ilə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib və huşsuz vəziyyətdə olub.
41 yaşlı amerikalı idmançının vəfatı ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Ben Askren orta çəki üzrə ONE Championship və Bellator turnirlərinin sabiq çempionu olub. Onun aktivində 19 qələbə, 2 məğlubiyyət var, bir döyüş isə baş tutmamış elan edilib. Askren karyerasını 2019-cu ildə başa vurub.