
UFC döyüşçüsü Camaal Hill Azərbaycana gəlməkdən imtina edib.
Sportnet.az xəbər verir ki, amerikalı döyüşçü UFC turnirində iştirak etmək üçün bu gün Doha - Bakı reysi ilə uçan təyyarəyə minmək istəməyib.
İlkin olaraq, Hillin olduğu təyyarə saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş etməli idi. Daha sonra isə eniş vaxtı 15:35-ə təxirə salınıb.
Bakıya eniş edən təyyarədən isə Hill olmayıb. 6 nəfərlik heyətin əvəzinə paytaxta cəmi iki nəfər gəlib.
Onun İsrailin İrana qarşı hücumları ilə əlaqədar təhlükə hiss etmələri səbəbindən bu addımı atdığı bildirilir.
Qeyd edək ki, Camaal Hill Bakıda keçiriləcək UFC turnirində Xalil Rauntri ilə üz-üzə gələcək. Bakı Kristal Zalında təşkil olunacaq yarış iyunun 21-də baş tutacaq.