
Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib gürcüstanlı 3 qat dünya, 3 qat Avropa çempionu və Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Tato Qriqalaşvili olub.
Rəqibinə uduzan Tçkayev bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi daha bir gürcü - BƏƏ-ni təmsil edən Nuqzari Tatalaşvili olacaq.