
“Döyüş mənim üçün önəm daşımır. Çünki rəqibim top döyüşçü deyil”.
Sportnet.az xəbər verir ki, bunu UFC döyüşçüsü Körtis Bleyds Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.
O, Bakını gəzdiyini bildirib: “Amma Kristal Zalında olmamışam”.
34 yaşlı amerikalı rəqibinin hipperaktiv olduğunu söyləyib: “Bu mənə yenilik qata bilər. Xüsusi döyüş deyil, amma yaxşı döyüşərək bonus qazanmaq istəyirəm”.
O, Rizvan Kuniyevlə görüşün daha əvvəl iki dəfə təxirə salınmasını şərh edib: “UFC məndən bu döyüşün baş tutmasını istədi. Pulu düşündüyüm üçün razılaşmışam”.
Qeyd edək ki, Körtis Bleyds ağır çəki dərəcəsində Rizvan Kuniyevlə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.