
“Rafael Fiziyevin rəqibi İqnasio Baxamondes komanda yoldaşım olduğundan, onu dəstəkləyəcəyəm”.
Sportnet.az xəbər verir ki, bunu UFC-nin Bakıda keçiriləcək turniri üçün Azərbaycan gələn məşhur MMA döyüşçüsü Belal Məhəmməd jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycana səfərindən məmnun qaldığını deyib: "Bakıya birinci dəfə gəlirəm. Hər şey çox yüksək səviyədədir. Xüsusilə yeməkləri qeyd edərdim. Böyük məmnuniyyətlə, döyüş gecəsinə hazırlaşırıq. Hava da çox yaxşıdır”.
Belal Məhəmməd gecənin əsas döyüşündə Rafael Fiziyevin rəqibi İqnasio Baxamondesi dəstəkləyəcəyini bildirib: “Son 8 ildir birgə məşq edirik. İqnasio Rafaelə qarşı döyüşəcək, əslində hər ikisini bəyənirəm. İqnasio Baxamondesi UFC-nin ən yaxşı döyüşçüsüdür. Həm də son döyüşünü yada salaq. Hərtərəfli hazırdır. Hər ikisi ayaq üstə döyüşür. Əla gecə olacaq. Bundan əlavə, Camal Hill Çikaqodandır, onu da dəstəkləyəcəyəm”.
Qeyd edək ki, əslən fələstinli ABŞ döyüşçüsü Belal Muhammad yarımorta çəki dərəcəsində keçmiş UFC çempionudur.