
Braziliyanın San-Paulo şəhərində keçirilən MMA üzrə dünya çempionatında Azərbaycan idmançıları 8 medal qazanıblar.
Sportnet.az xəbər verir ki, U18 yaş qrupunda Adil Abuzərov (61.2 kq) qızıl, Məhəmməd Niftullayev (65.8 kq) isə gümüş medal qazanıblar.
U21 kateqoriyasında Elvin Qurbanov (56.7 kq), Əli Şərifov (74.9 kq) və Miramin Mirheydərzadə (70.3 kq) gümüş medala layiq görülüblər. Böyüklər arasında Sərdar Sərdarlı (65.8 kq) və Nihad Quliyev (74.9 kq) qızıl, Tofiq Niftəliyev isə (120.2 kq) bürünc medala sahib olublar.