
İyunun 21-də Bakı Kristal Zalında Azərbaycan ilk dəfə olaraq keçirilmiş UFC turniri ilə bağlı statistik məlumatlar açıqlanıb.
Sportnet.az "MMA Junkie"yə istinadən xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan gecənin əsas döyüşü Xalil Rauntri ilə Camal Hill arasında baş tutub.
Rauntri hakimlərin yekdil qərarı ilə qalib gəlib.
Ümumilikdə turnirin 12 döyüşündən 10-u hakimlərin qərarına gedib.
Turnir 2 saat 53 dəqiqə 52 saniyə davam edib. Bu, 12 döyüşdən ibarət tarixin ən uzun turniridir. Bakıda keçirilən turnir həm də UFC tarixində ən uzun 11-ci kard olub.
Azərbaycanlı döyüşçülərdən Nazim Sadıxov Nikolas Mottanı nokaut edib, Rafael Fiziyev İqnasio Baxamondesi hakimlərin qərarı ilə üstələyib. UFC debütantı Tofiq Musayev isə Mıktıbek Oralbaya ağrıdıcı fənddən sonra təslim olub.
Qeyd edək ki, növbəti UFC turniri iyunun 29-da Las-Veqasdakı (ABŞ) "T-Mobile Arena"da keçiriləcək.