
Azərbaycan parateakvondoçuları Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) Cənubi Koreyanın Muju şəhərində beynəlxalq təlim-məşq toplanışına başlayıblar.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksinin təşkil etdiyi toplanış 9 gün davam edəcək.
Toplanmışa 10-dan çox ölkənin 40 parataekvondoçu xüsusi dəvət ilə qatılıb.