
Macarıstanın paytaxtı Budapeştdə reytinq turnirinə start verilib.
Sportnet.az xəbər verir ki, ilin son reytinq turnirinin ilk günündə sərbəst güləş üzrə Azərbaycan milli komandasının 3 üzvü xalçaya çıxıb.
Onlardan ikisi fəxri kürsüyə qalxıb. İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Kənan Heybətov (70 kq) isə ilk mərhələdə məğlub olub.
Qeyd edək ki, olimpiya mükafatçısı və Avropa çempionu Giorgi Meşvildişvili (125 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.