
Bu gün Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin III Universiadası start götürəcək.
Sportnet.az xəbər verir ki, multi-idman turnirinin cüdo yarışlarında Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 9 cüdoçu (7 kişi, 2 qadın) ilə təmsil olunacaq.
Kişilər: Bahadır Feyzullayev (60 kq), Nurlan Kərimli (66 kq), Mehdi Cəfərov (73 kq), Mehdi Abbasov (81 kq), Cəsur İbadlı (90 kq), Əli Qazıməmmədov (100 kq), Qurban Məmmədli (+100 kq)
Qadınlar: Könül Əliyeva (48 kq), Südabə Ağayeva (70 kq).
Yarışda komandaya kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və yeniyetmə qızlardan ibarət yığmanın məşqçisi Əmrah Əhmədov rəhbərlik edəcək.