
Slovakiyanın paytaxtı Bratislavada keçirilən gənclər arasında Avropa çempionatında Azərbaycan cüdoçuları ilk günü 2 qızıl, 1 bürünc medalla başa vurublar.
Sportnet.az xəbər verrir ki, 66 kq çəki dərəcəsində Məhəmməd Musayev finalda fransalı Aleksis Renarla qarşılaşıb.
Rəqibinə qalib gələn Musayev Avropa çempionu olub.
Bu çəkidə Nizami İmranov 3-cü yer uğrunda görüşdə israilli Şalev Koheni üstələyərək, bürünc medala yiyələnib.
Daha əvvəl 60 kq çəkidə çıxış edən Nihad Məmişov da Avropa çempionu olub.
------------------------------
Azərbaycan cüdoçusu Nihat Məmişov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib italiyalı Françesko Sampino olub.
Rəqibinə qalib gələn Məmişov Avropa çempionu olub.
Bu çəkidəki digər azərbaycanlı cüdoçu Fərid Qarayev isə bürünc medal görüşündə fransalı Kelvin Raya uduzaraq, 5-ci yeri tutub.
--------------------
Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə 4 çəki dərəcəsində Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayıb.
Onlardan 60 kq çəki dərəcəsində yer alan Nihat Məmişov finala, Fərid Qarayev isə bürünc medal görüşünə vəsiqə qazanıb.
Məmişov 1/8 final mərhələsindən başlayaraq, ardıcıl olaraq, Ermənistan təmsilçisi Qor Safaryan, həmyerlimiz Fərid Qarayev və fransalı Zaxari Dijolu üstələyib. Finalda onun rəqibi italiyalı Françesko Sampino olacaq.
Qarayev isə 1/8 finalda macarıstanlı Ferents Fedoranı yendikdən sonra Məmişova uduzub və mübarizəni təsəlliverici görüşdə davam etdirib. O, israilli İşak Aşpiz üzərində qələbə sayəsində bürünc medal görüşündə iştirak hüququ əldə edib. Medal qarşılaşmasında rəqib fransalı Kelvin Ray olacaq.
Eyni ssenari 66 kq çəkidə də davam edib. Məhəmməd Musayev 1/8 finalda estoniyalı Edvard Yakimovu, Nizami İmranov polşalı Yakub Kurovskini məğlub edərək, 1/4 finalda bir=birilərinə rəqib olub. Bu qarşılaşmadan qalib ayrılan Musayev yarımfinalda Gürcüstan təmsilçisi Tornike Giqaurini də üstələyib. Finalda o, fransalı Aleksis Renarla üz-üzə gələcək.
İmranov isə təsəlliverici görüşdə İspaniya təmsilçisi Batırxan Assanaliyevi yenərək, israilli Şalev Kohenlə bürünc medal görüşünə vəsiqə qazanıb.
Qadınların mübarizəsində 48 kq çəkidə Fəridə Mirzəyeva 1/16 finalda polşalı Viktoriya Slazoka, 52 kq-da Aydan Vəliyeva almaniyalı Klara Ertenə uduzub.
Xədicə Qədəşovaya (52 kq) gəldikdə, o, ilk görüşündə Gürcüstan təmsilçisi Nino Tatrişvilini udsa da, 1/8 finalda avstriyalı Karina Klaus-Şternvayzerə yenilib. Beləliklə, hər 3 qız cüdoçu mübarizəni erkən dayandırıb.