
III MDB Oyunlarının taekvondo yarışlarında 2-ci günün finalçılar bəlli olub.
Sportnet.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Vasif Səlimov (68 kq) həlledici mərhələyə vəsiqə qazanıb.
Digər taekvondoçular - Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (87 kq) bürünc medal qazanıb.
Ötən gün isə Azərbaycan taekvondoçuları 3 qızıl, 2 gümüş və 6 bürünc əldə ediblər.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.