
III MDB Oyunlarının proqramına daxil olan stend atıcılığı növündə Azərbaycan idmançıları daha üç medal qazanıblar.
Sportnet.az xəbər verir ki, kişilər arasında dairəvi stend yarışında Cavid Həsənov gümüş medal əldə edib.
Qadınların yarışında isə Daniella Ulanova üçüncü yeri tutub.
Səngər stendi üzrə qarışıq komanda yarışlarında Mürtəza Novruzlu ilə Nərmin Cəfərova dueti də bürünc mükafata sahib çıxıblar.