
Azərbaycanı III MDB Oyunlarında təmsil edən taekvondoçu Vasif Səlimov final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində rəqib özbəkistanlı Umitjon Turabov olub.
Hər iki hissədə qalib gələn (8:3; 11:1) Səlimov MDB Oyunlarının çempionu olub. Turabov ikinci raundda çıxışını yarımçıq dayandırıb.
Qeyd edək ki, bu, Azərbaycanın 7-ci qızıl medalıdır.