
“Karate üzrə 55 kq çəki dərəcəsində Mədinə Sadıqova ilk qızıl medalımızı qazandı”
Sportnet.az xəbər verir ki Finalda digər təmsilçimiz Nəzrin Piriyevanı məğlub edən Mədinə Sadıqova, Azərbaycan karateçiləri qızıl və gümüş medalları təmin etdi.
Azərbaycanın növbəti qızıl medalı Nuran Rzazadədən gəldi. 67 kq çəki dərəcəsində mübarizə aparan Rzazadə, finalda Qırğızıstan idmançısı Erlan Aklylbek Uulu üzərində qələbə qazanaraq növbəti qızıl medalı qazandı.
Roman Heydərov (kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib çıxdı.