
Yaponiyanın paytaxtı Tokioda ənənəvi karate-do üzrə XVII dünya çempionatı keçirilib.
Sportnet.az xəbər verir ki, yarışda 41 ölkədən 700-ə yaxın karateçi mübarizə aparıb.
Yarışda Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubları birliyinin sədri Əhməd Əfəndinin rəhbərliyi altında yığmanın 7 karateçisi çıxış edib.
Onlardan Salman Salmanov gənclər arasında kata üzrə qızıl, İmran Quluzadə böyüklər arasında 74 kq çəkidə gümüş, Ayxan Şabanzadə 15 yaşadək kadetlərdə, Mehman Eynalov böyüklərdə 75 kq-dan yuxarı çəkidə Fuad Əliyev, Elbrus Abdullayev, İmran Quluzadə və Mehman Eynalov komanda kumite yarışında bürünc medal qazanıb.