
Karate üzrə Azərbaycan milli komandasının üzvləri oktyabrın 17-də Fransanın paytaxtı Parisdə start götürəcək seçim yarışlarında iştirak üçün yola düşüblər.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, üç gün davam edəcək yarışlar dünya çempionatına lisenziya məqsədilə təşkil olunur.
Karateçilər vitse-prezident Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında çıxış edəcəklər.
Qeyd edək ki, seçim mərhələsindən keçənlər 27 - 30 noyabr tarixlərində Misirin paytaxtı Qahirədə keçiriləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.