
Azərbaycan karateçiləri dünya çempionatına 5 lisenziya qazandılar.
Sportnet.az xəbər verir ki, onlar Parisdə keçirilən seçim yarışlarında Roman Heydərov (kata), İrina Zaretska (-68 kq - top reytinq / seçimsiz), Mədinə Sadıqova (-55 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (+84 kq) ilə dünya çempionatına lisenziya qazanıblar.
Qeyd edək ki, milli komandamız Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında ölkəmizi təmsil edib. Dünya çempionatı 27-30 noyabr tarixlərində Misirin Qahirə şəhərində keçiriləcək.