Gürcüstanın Tbilisi şəhərində qılıncoynatmanın sablya növü üzrə yeniyetmələr arasında "European CC Tbilisi-2025" beynəlxalq turnirinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Züleyxa Sultanlı, Ayan Ağasıyeva və Cahan Sadxovadan ibarət Azərbaycan komandası birinci yerlə layiq görülüb.
Komanda finalda Gürcüstan yığmasına 45:37 hesabı ilə qalib gəlib.
Qız sablyaçıların şəxsi yarışında Züleyxa Sultanlı ikinci, Ayan Ağasıyeva isə üçüncü olub.
Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında Abbas Hüseynov gümüş medal qazanıb.











































































