Avropa Atıcılıq Konfederasiyasının (ESC) Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb.
Sportnet.az-ın xəbər verir ki, səsvermə nəticəsində Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının Prezidiumuna üzv seçilib.
Assambleyada həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.














































































