Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatında ilk medalçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 55 kq, 63 kq, 72 kq, 82 kq və 97 kq çəki dərəcələrində fəxri kürsüyə yüksələnlərin adlarına tam aydınlıq gəlib.
97 kq çəkidə əslən Balakəndən olan Murad və Məhəmməd Əhmədiyev qardaşları arasındakı görüş daha çox diqqət mərkəzində olub. Məhəmməd son dünya çempionatının bürünc medalını qazanmış qardaşına qalib gələrək, Azərbaycan çempionluğunu əldə edib.
55 kq
- Elmir Əliyev (Neftçi)
- Rəşad Məmmədov (“Neftçi”, Şəmkir)
- Fərid Sadıxlı (Neftçi), İbrahim Nurullayev (Neftçi)
63 kq
- Sakit Quliyev (Neftçi)
- Ziya Babaşov (Neftçi)
- Pərviz Dadaşov (MOİK), Səid Xəlilov (Sumqayıt-Təhsil, “Neftçi”)
72 kq
- Fəraim Mustafayev (Neftçi)
- Xalid Həsənov (Neftçi)
- Rəsul Məmmədzadə (MOİK), Seymur Qasımov (Neftçi)
82 kq
- Tuncay Vəzirzadə (Neftçi)
- Elmin Əliyev (MOİK, Lənkəran)
- Kənan Abdullazadə (MOİK), Nicat Yeylaqaliyev (Abşeron)
97 kq
- Murad Əhmədiyev (Neftçi)
- Məhəmməd Əhmədiyev (Neftçi)
- Arif Niftullayev (Neftçi), Əli Quliyev (Neftçi)



















































































