Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirinin ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 55 kq çəki dərəcəsində Zidan Hünbətov 1/8 finalda Jirayr Sarqsyan (Ermənistan) ilə döyüşüb.
Hümbətov erməni rəqibinə heç bir şans verməyib və hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). O, növbəti görüşdə ukraynalı Maksim Zimenko (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş fevralın 27-də olacaq.
65 kq-da yer alan Malik Həsənov da turnirə qələbə ilə başlayıb. O, Cakomo Canniottini (İtaliya) məğlub edib. Rəqib zədələndiyi üçün Həsənov ikinci raundda qalib elan olunub – 4:0 (20:18, 19:19, 20:18, 20:18, 20:18).
Azərbaycan təmsilçisi fevralın 26-da 1/8 finalda ilk mərhələdən azad olan Artur Saakyanla (Ermənistan) qarşılaşacaq.
Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.













































































