Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya kuboku start götürüb.
Sporrnet.az-ın məlumatına görə, reytinq xarakterli yarışa Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov qələbə ilə başlayıb.
70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə Necat Ekinçi (Türkiyə) ilə qarşılaşıb.
Boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.
İsgəndərov 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gələcək. Görüş aprelin 22-də olacaq.
Qeyd edək ki, Dünya kuboku aprelin 26-da başa çatacaq.



















































































