1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Taekvondoçularımız Avropa çempionatında
Təlim-məşqləri başa vuran Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət milli komandası bu gün Avropa çempionatına yollanıb. Sportnet.az-ın məlumatına görə, Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən birincilik oktyarın 22-də Latviyanın Dauqavpils şəhərində start götürəcək.
Dörd gün davam edəcək sayca 20-ci qitə birinciliyində ölkəmizi 19 idmançı təmsil edəcək. Baş məşqçi,əməkdar məşqçi Mamed Abdullayev və böyük məşqçi Zahid Məmmədov bu yarışda 10 oğlan və 9 qız idmançıya şans verib. Oğlanlardan İlham Əliyev (45 kq), Qaşım Maqomedov (48 kq), Cavid Məmmədov (51 kq), Fuzam Mehtiyev (55 kq), Zəlimxan Rəşidov (59 kq), Kamil Abdulrazakov (63 kq), Əliəskər Əliyev (68 kq), Mert Çiçek (73 kq), Həsən Məmmədov (78 kq) və Orxan Tağızadə (+78 kq) mübarizəyə qatılacaq.
Zərif cinsin nümayəndələrindən isə Röya Haçıyeva (42 kq), Zarema Şamxalova (44 kq), İlayda Kardelen Ciftci (46 kq), Ceren Özbek (49 kq), Şəms Həsənova (52 kq), Gülhanım Yeşildal (55 kq), Gülsüm Gültekin (59 kq), Jalə Əsədli (68 kq) və Darya Şkurko (+68 kq) dayanq üzərinə çıxacaq.
Milli komandamız oktyabrın 26-da Vətənə dönəcək.