1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Keçmiş dünya çempionu öldü
Peşəkar boksçular arasında yüngül çəkidə keçmiş dünya çempionu Bobbi Çakon vəfat edib. Sportnet.az-ın məlumatına görə, WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə 1974-1975-ci illərdə qalib olmuş boksçu 65 yaşında dünyasını dəyişib.
O, uzun müddət idi boksçuların daha çox məruz qaldığı ensefalopatiyadan (beyinin travmatik xəstəlikləri, kəllənin mexaniki zədələnməsi nəticəsində meydana çıxır, sinir - psixi funksiyaların pozuntuları ilə müşayiət olunur) əziyyət çəkirdi.
Qeyd edək ki, Bobbi Çakon peşəkar boksçu karyerası ərzində keçirdiyi 67 döyüşdən 59-da qalib gəlib. 1988-ci ildə o, boskdan ayrılıb. Bundan bir neçə il sonra tam yoxsullaşan Çakon küçələrdən şüşə qablar toplamaqla dolanıb. Bir müddət sonra ABŞ-ın Kaliforniya ştatının səhiyyə xidməti boksçunun vəziyyətindən xəbər tutaraq, ona qayğı göstərib.