1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan yığmasının qaldığı otelə basqın
Fransada Azərbaycanın güləş üzrə gənclərdən ibarət yığma komandasının qaldığı otelə polis basqını olub. Sportnet.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, 30 polis Replonj rayonunda yerləşən "Bresson" otelinə basqın edərək komanda üzvlərini dopinqə görə yoxlayıb.
Bildirilir ki, polisləri otelin əməkdaşları çağırıblar. Onlar azərbaycanlı idmançıların oteldə dopinqdən istifadə etdiklərindən şübhələndiklərini deyiblər.
Şübhələrə əsas kimi istifadə olunmuş şprislər, infuzion kisələr, tibbi tullantılar və tibbi ləvazimatlarla dolu çemodan hesab edilib. Bütün bunlar idmançıların qaldıqları otaqlarda olub, onlar otel əməkdaşlarının gəlişindən "məmun görünməyiblər".
Basqın səhərə yaxın həyata keçirilib. Onları Fransanın anti-dopinq əməkdaşları müşaiyət edib. Prokuror Kritof Rode axtarışların nəticə vermədiyini deyib: "cinayət işi qaldırılmayıb. Qadağan olunmuş pereparatlar tapılmayıb. Lakin bəzi pereparatlar leqal olsa da, dopinqdən istifadəni pərdələyə bilərdi"
Fransanın antidopinq agentliyinin iki əməkdaşı azərbaycanlı idmançılardan sidik nümunələri götürüb və analizlərin nəticəsi bir neçə gündən sonra məlum olacaq. Fransanın Güləş Federasiyasının prezidenti Alen Bertolom deyib ki, belə hadisə ölkədə ilk dəfə baş verir: "Əgər gənc güləşçilər dopinq istifadə edibsə bu, çox narahatedicidir. Ola bilsin bu pereparatlar idmançılara ona görə lazım olub ki, çəkini nəzarətdə saxlasınlar və öz çəki dərəcələrində qalsınlar".
Qeyd edək ki, azərbaycanlı idmançılar Fransada keçirilən dünya çempionatında iki qızıl, bir gümüş və beş bürünc medal qazanıblar.