1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmamızın dünya çempionatı üçün heyəti açıqlandı
Sentyabrın 13-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı keçiriləcək. Sportnet.az-ın məlumatına görə, ayın 18-dək davam edəcək yarışda yunan-Roma güləşi üzə Azərbaycan yığması böyük məşqçi Bəhrəm Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında çempionatın ilk iki günündə mübarizə aparacaq.
Heyətdə Zaur Əliyev (42 kq), Fail İsgəndərov (46 kq), Zaur Nuriyev (50 kq), Elnur Musayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Cavid Miralayev (63 kq), Ülvi Qənizadə (69 kq), Nəsir Həsənov (76 kq), Tehran Əminzadı (85 kq) və Əli Əminzadə (100 kq) yer alıb.
15-16 sentyabrda yeniyetmə qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Aynur Camalova (43 kq), Alina Zakoyeva (46 kq), Jalə Əliyeva (49 kq), Adelina Mirzəyeva (52 kq) və Ceyla Nağızadə (56 kq) çempionata yollanacaq.
Çempionatın son günlərində isə sərbəst güləşçilər yarışacaq. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında ölkəmizi Mahir Məmmədzadə (42 kq), Ramiz Həsənov (46 kq), Əsgər Məmmədəliyev (50 kq), Turan Bayramov (54 kq), Daur Psardiya (58 kq), İnal Jopua (63 kq), Abakar Abakarov (69 kq), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq) və Asxab Həmzətov (100 kq) təmsil edəcək.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev iştirak edəcək.