1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmanın baş məşqçisi qovuldu
Rusiyanın boks üzrə yığma komandasının baş məşqçisi Aleksandr Lebzyak postundan kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Tass"a baş məşqçinin özü açıqlamasında bildirib.
O, vəzifəsindən kənarlaşdırılmasını qeyri-qanuni adlandırıb: "Baş məşqçi postundan kənarlaşdırıldım. İnanıram ki, mənim vəzifədən uzaqlaşdırılmağım qeyri-qanunidir".
Baş məşqçinin yığmadan göndərilməsinə federasiyanın İcraiyyə Komitəsi qərar verib. Üstəlik qurumun direktoru Yevgeniy Sudakovun da işinə son verilib. Lakin A.Lebzyak qərarla barışmadığını söyləyib: "Mən də İcraiyyə Komitəsinin üzvüyəm və hələ məzuniyyətdəyəm. Nə məni, nə də Sudakovu bu cür kənarlaşdıra bilməzlər. Üstəlik komitənin görüşünə də dəvət edilməmişəm. Bu məsələni belə qoymayacağıq. Bizim məşqçilər şurası ilə bununla bağlı görüşümüz olacaq".
Artıq Lebzyakın yerinə təyinat da olub. Rusiya Boks Federasiyasının prezidenti Boris İvanyujenkov Oleq Menşikovun müvəqqəti olaraq baş məşqçi kimi fəaliyyət göstərəcəyini deyib.
Qeyd edək ki, Rusiyanın kişilərdən ibarət boks yığması 2016-cı il Yay Olimpiya Oyunlarında bir qızııl, bir gümüş və iki bürünc medal qazanıb. Bir bürünc medal isə qadın boksçunun aktivinə yazılıb. Yarışdan sonra baş məşqçi bir sıra yığma üzvlərini tənqid edib və onları "turist" adlandırıb. Lebzyakın bu hərəkəti isə skandala səbəb olub. Xüsusilə Çeçenistan prezidenti Ramzan Kadirov baş məşqçini həmin fikirlərə görə tənqid edib.