"Bizim Peter Zayzenbaxerlə müqaviləmiz yoxdur. Hazırda Avstriya məhkəməsinin onunla bağlı qərarını gözləyirik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elman Babanlı deyib.
O bildirib ki, milli komandanın baş məşqçisi ilə müqavilə məlum məsələlər üzündən uzadılmayıb: "Amma nəticə göz qabağındadır. Zayzenbaxerin rəhbərliyi altında müxtəlif turnirlərdə, dünya və Avropa çempionatları, eləcə də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medallar qazanılıb. Hazırda baş məşqçimiz məhkəmədən çağırış gözləyir. Özü günahsız olduğunu bildirir".