
Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən gənclər arasında dünya çempionatında Azərbaycanın daha bir güləşçisi ermənistanlı rəqibini məğlub edib. Sportnet.az-ın məlumatına görə, sərbəst güləşçimiz Murad Süleymanov (66 kq) ilk görüşdə qarşılaşdığı Armen Aleyyanı 6:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.