Kanadanın Burnabi şəhərində gənc taekvondoçular arasında keçirilən dünya çempionatında Azərbaycan milli komandası 3 medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, sonuncu yarış günündə 68 kq çəki dərəcəsində mübarizəyə qatılan Əliəsgər Əliyev bürünc medala sahib çıxıb. O, Qabriel Nasimento da Silva (8:6), Qriqoriospanaqiotis Kasidiaris (3:1), Vesley Maran (12:0), Yeon-Jun Hvanqı (8:6) mundialdan kənarlaşdıraraq yarmfinala adlayıb. Həlledici döyüşə vəsiqə uğrunda rəqib isə keçilməz olub. Konstantin Kosteneviçlə qarşılaşan təmsilçimiz adını finala yazdıra bilməyib.
Xatırladaq ki, 4 gün davam edən yarışı gənc millimiz ümumilikdə 1 gümüş, 2 bürünc medalla başa vurub. Mundialın ilk və ikinci günləri komandanın digər üzvlərindən Qaşım Maqomedov (55 kq) gümüş medal, Ayaz Qəmbərli (45 kq) isə bürünc medala layiq görülüb.









































































