1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Adil Əliyev: "Futbolçudan çox əlbəyaxa döyüşçülərimiz olmalıdır"
Azərbaycanda "İdman haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.
Sportnet.az-ın məlumatına görə, Milli Məclisin Gənclər və idman komitəsinin bugünkü iclasında komitənin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) və AFFA-nın I vitse-prezidenti Rauf Əliyev uşaqlarla məşğul olan məşqçilərə dair məsələ qaldırıb. R.Əliyev uşaqların müxtəlif yaşlarda ayrı-ayrı məşqçilərlə çalışması səbəbindən bu addımın atılmasını istəyib: "Futbol sahəsində, tutaq ki, uşağın 10-11 yaşlarında hansısa məşqçi məşğul olur. 15 yaşında olanda isə digər məşqçinin yanında məşq edir. 17-18 yaşlarında da hansısa klubla müqavilə bağlayır, hər bir mərhələdə məşqçilər pulunu alır. Amma birinci məşqçi pul almır. O da pul almalıdır. Bununla bağlı "İdman haqqında” qanuna dəyişiklik edilməlidir”.
Komitə sədri Fuad Muradov bu məsələyə diqqət göstəriləcəyini qeyd edib. Onun müavini, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev isə bildirib ki, hazırda futboldan daha çox əlbəyaxa döyüş idman növləri ilə məşğul olan idmançılara ehtiyac var. Onun fikrincə, Azərbaycanın bəzi gəncləri özlərini xarici film qəhrəmanlarına oxşadırlar: "Bu gün biz öz idmançılarımızı bölgələrdə təbliğ etsək, qaliblərimizi, qəhrəmanlarınmızı onlara göstərsək, bu, onların daha çox xoşuna gələr və onlar da özlərini öz qəhrəmanlarımıza oxşadıb bir-birlərini idmanla məşğul olmağa çağıracaqlar. Biz bu işləri görmək üçün əməli fəaliyyətimizi rəsmiyyətə salmaq istəyirik. Onsuz da bizim bu sahədə tədbirləri həyata keçirməkdə heç bir sıxıntımız yoxdur. Dövlət lazımınca dəstək olur. Ancaq bizim bu işlərə qoşulmağımızın nəticələri daha gözəl olar” (Report).