1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Beş güləşçimiz "beşlik"də
Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, sərbəst güləşçilərimizdən 16-sı Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa, 5-i isə ilk beşliyə daxil ola bilib.
Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalçı Cəbrayıl Həsənov (74 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Hacı Əliyev (61 kq) və qeyri-olimpiya çəki dərəcəsində Dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) reytinq siyahısında 4-cü olub.
Onluğa daxil digər güləşçilərimiz isə Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) olub.
57 kq
12. Mahir Əmiraslanov - Yaşar Doğu turniri 2-ci yer (nr)
14. Georgi Edişeraşvili - Qızıl Qran Pri 1-ci yer (11)
61 kq
4. Əhmədnəbi Qvarzatilov - Dünya çempionatı 3-cü yer (4)
12. Əli Rəhimzadə - U-23 Avropa çempionatı 3-cü yer (nr)
65 kq
2. Toğrul Əsgərov - Olimpiya Oyunları 2-ci yer (2)
4. Hacı Əliyev - Dünya Kuboku 1-ci yer (5)
12. Məhəmməd Müslümov - Ukrayna beyn. turniri 3-cü yer (15)
19. Teymur Məmmədov - U-23 Avropa çempionatı 1-ci yer (nr)
70 kq
14. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 1-ci yer (19)
17. Gitinomaqomed Hacıyev - Ukrayna beyn. turniri 3-cü yer (nr)
74 kq
2. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (2)
86 kq
8. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (8)
18. Hacımurad Məhəmmədsəidov - Ukrayna beyn. turniri 1-ci yer (nr)
97 kq
2. Xetaq Qazyumov - Olimpiya Oyunları 2-ci yer (2)
7. Aslanbek Alborov - Yaşar Doğu turniri 1-ci yer (11)
125 kq
11. Cəmaləddin Məhəmmədov - Dünya Kuboku 3-cü yer (11)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.