Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu "Zirə" və "Kəpəz" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
Hesabı 5-ci dəqiqədə "Zirə"nin yeni transferi Eren Aydın açıb. O, uzaqdan zərbə ilə baxımlı qol vurub.
32-ci dəqiqədə Rauf Hüseynli hesabı bərabərləşdirib. 51-ci dəqiqədə isə Dioqo Verdaşka Gəncə komandasını önə çıxarıb.
"Zirə" məğlubiyyətdən 90+7-ci dəqiqədə Ruan Renatonun qolu ilə yaxa qurtarmağı bacarıb.
Beləliklə, "Zirə" 39 xalla 4-cü pillədə qalıb, xalını 17-yə çatdıran "Kəpəz" isə 10-cu mövqedə qərarlaşıb.
---------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun daha 3 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Zirə" və "Kəpəz" komandaları üz-üzə gələcək.
Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq matç saat 18:30-da başlanacaq. Qarşılaşmanı FIFA referisi Kamal Umudlu idarə edəcək.
Hazırda "Zirə" 38 xalla 4-cü, "Kəpəz" 16 xalla 10-cu pillədə qərarlaşıb.
İki komanda arasında əvvəlki 26 oyunun 15-də "Zirə", 3-də "Kəpəz" qələbə qazanıb. Daha 8 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də qəsəbə təmsilçisi xeyli irəlidədir - 43:17. “Zirə” son 8 oyunda qalib gəlib. “Kəpəz” axırıncı 7 matçda qol vura bilməyib.
Günün daha bir qarşılaşması isə "Palms Sports Arena"da "Neftçi" və "Turan Tovuz" arasında olacaq. Saat 20:30-da start götürəcək matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Hazırda paytaxt klubu 21 oyundan 31 xalla 7-ci yerdə olsa da, qələbə təqdirində 2 pillə irəliləyəcək.
Tovuz təmsilçisi isə 22 oyundan 41 xalla 3-cü yerdə gedir.
İki komandanın əvvəlki 14 matçının 6-da "Neftçi", 2-də "Turan Tovuz" qələbə qazanıb, daha 6-sı heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "ağ-qaralar"ın üstünlüyü belədir - 17:11.
“Neftçi” son 2 oyunda qol vurmayıb. Axırıncı 6 qarşılaşmada meydan sahibi olan komanda qalib gələ bilməyib.
Azərbaycan Premyer Liqası, XXIII tur
9 mart (bazar ertəsi)
18:30. “Zirə” – “Kəpəz” - 2:2
Qollar: Eren Aydın, 5. Ruan Renato, 90+7 - Rauf Hüseynli, 32. Dioqo Verdaşka, 51
Sarı vərəqələr: Enrike Kustodio, 80 (qeyri-idman hərəkəti) - Olavale Onanuqa, 38 (qeyriidman hərəkəti); Luis Paçu, 52 (qeyri-idman hərəkəti); Rauf Hüseynli, 79 (qeyri-idman hərəkəti); Mate Abuladze, 82 (oyunun bərpasının ləngidilməsi)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu, 400 tamaşaçı
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev (10. Giorgi Papunaşvili, 53) 26. Stefan Aka 4. Ruan Renato 28. Leroy Mikels (9. Davit Volkov, 64) 30. Rikardo Martins (73. Anatoli Nuriyev, 72) 20. İssa Cibrila (25. Enrike Kustodio, 46) 93. Brahim Konate (8. İsmayıl İbrahimli, 46) 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 5. Ange Mutsinzi 11. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Kəpəz”: 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev (11. Rəhman Hacıyev, 76) 77. Fərid Nəbiyev (99. Əli Səmədov, 90+3) 5. Rauf Hüseynli 6. Camal Cəfərov (17. Ümid Səmədov, 69) 9. Luis Paçu (21. Sadiq Şəfiyev, 90+3) 29. Dioqo Verdaşka (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 33. Yusif İmanov 81. Elgün Bayramov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 57. Amur Yusifov
Baş məşqçi: Azər Bağırov
20:30. “Neftçi” – “Turan Tovuz” - 0:1 (İKİNCİ HİSSƏ)
Qol: Joarlem Santos, 56
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Palms Sports Arena”
Xatırladaq ki, XXIII turun əvvəlki oyunlarında "Karvan-Yevlax" evdə "Sumqayıt"la 1:1, "Şamaxı" "İmişli" ilə 0:0 hesablı heç-heçə edib. "Qarabağ" isə "Araz-Naxçıvan"ı böyük hesabla yenib - 6:0.














































































