Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, qadın güləşçilərin reytinq sıralamasında Azərbaycanın 9 təmsilçisinin adı var. Onlardan 2-si ilk beşlikdə qərarlaşıb.
Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cü olub.
48 kq
2. Mariya Stadnik - Olimpiya Oyunları 2-ci yer (2)
53 kq
4. Nataliya Sinişin - Olimpiya Oyunları 3-cü yer (4)
15. Anjela Doroqan - Ukrayna beyn. turniri 3-cü yer (nr)
18. Leyla Qurbanova - U-23 Avropa çempionatı 2-ci yer (nr)
55 kq
17. Alyona Kolesnik - U-23 Avropa Çempionatı 3-cü yer @58 kq (20)
58 kq
15. Yuliya Ratkeviç - Olimpiya Oyunları 5-ci yer (11)
60 kq
11. Tatyana Omelçenko - Ukrayna beyn. turniri 1-ci yer (14)
63 kq
20. Elmira Qəmbərova - Ukrayna beyn. turniri 2-ci yer (nr)
69 kq
12. Elis Manolova - Yarıgin beyn. turniri 3-cü yer (11)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.