
İspaniyanın Tenerife şəhərində Dünya Karate Federasiyasının (WKF) növbədənkənar konqresi keçirilib.
Sportnet.az xəbər verir ki, konqresdə təxirəsalınmaz məsələlər və 2018-ci ilin fəaliyyət planı müzakirə olunub.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti, WKF-in Texniki komitəsinin və Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov konqresdə iştirak edib.
200-dək ölkə rəsmilərinin iştirak etdiyi konqresin gedişatında Y.Bəşirov, oktyabrın ortaları 70 illik yubileyini qeyd edən WKF prezidenti Antonio Espinosa, yubilyarın şəkli həkk olunmuş Azərbaycan xalçası hədiyyə edib.