1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Azərbaycan güləşçiləri Ramzan Kadırov Kubokunda
Oktyabrın 11-də Qroznıda Çeçenistan prezidenti Ramzan Kadırovun Kuboku uğrunda sərbəst güləş üzrə VI beynəlxalq turnir start götürəcək. Sportnet.az-ın məlumatına görə, iki gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Məşqçilər David Kurtsiya və Nazim Əlicanovun rəhbərliyi altında ölkəmizi 8 güləşçi - Namiq Sevdimzadə (57 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslan Dzebişov (125 kq) təmsil edəcək. Çeçenistana beynəlxalq dərəcəli hakim Zaur Şərifov da yollanacaq.
Turnirin proqramına əsasən, ilk gün 57, 65, 74 və 97 kq, ikinci gün isə 61, 70, 86 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.